
Bu barədə instaqramda onun qızı Dinnin Koster məlumat verib.
“Atam, aktyor Nikolas Koster Floridada xəstəxanada öldü”, -deyə Dinnin qeyd edib.
Aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Nikolas Koster Londonda anadan olub, lakin uşaqlığını və gəncliyini ABŞ-də keçirib. Orada o, ilk olaraq aktyorluğun əsaslarını öyrənir, bundan sonra vətənə qayıdır və Kral Dramatik İncəsənət Akademiyasında təhsil almağa başlayır. Filmoqrafiyasında Kosterin 170-ə yaxın rolu var.
Tehsil-press.az