Türkiyəli aktyor Burak Özçivit və xanımı aktrisa Fahriye Evcenin yeni evlərinin fotoları yayılıb. Aktrisa villanın ilk dəfə görüntülərini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Cütlük evləndikdən sonra Beykozda yerləşən 4 mərtəbəli, baxçası və hovuzu olan lüks evdə qalır. Onlar villaya aylıq 15 min lirə ödəyirlər. Xatırladaq ki, 2015-ci ildə tanış olan Burakla Fahriye 2017-ci ildə ailə qurublar.