Azərbaycanda məktəblər 12 illik olacaq? – Rəsmi

Azərbaycanda məktəblər 12 illik olacaq? – Rəsmi Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb.

Elm və Təhsil Nazirliyindən APA-ya açıqlamada növbəti tədris ilindən XII sinfin artırılacağı xəbərinin həqiqəti əks etdirmədiyi bildirilib.

Qeyd olunub ki, prinsip etibarilə Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir:

məktəbəhazırlıq mərhələsi (5 yaş);

ibtidai təhsil (I-IV siniflər);

ümumi orta təhsil (V-IX siniflər);

tam orta təhsil (X-XI siniflər).

"Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır", - məlumatda qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər