
Bu barədə dövlət başçısının administrasiyası xəbər verib. Məlumata əsasən, bu, tarixdə Türkiyə dövlət başçısının Uqandaya etdiyi ilk səfərdir. Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Uqanda prezidenti Yoveri Museveni ilə görüşəcək.
İyunun 2-də Keniyaya yollanan Türkiyə prezidenti bu ölkənin başçısı Uhuru Keniatta ilə danışıqlar aparacaq. Ərdoğanın keçirdiyi görüşlər əsnasında ikitərəfli münasibətlər və regional problemlər müzakirə ediləcək.
Tehsil-press.az