İmişlidə 7 nəfəri vuran sürücü sərxoş olub - Təfərrüat

İmişlidə 7 nəfəri vuran sürücü sərxoş olub - Təfərrüat Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında İmişlidə ağır qəza olub.
İmişli sakini, 1969-cu il təvəllüdlü Mehdiyev Seymur Murtuzəli oğlu “VAZ 2107” markalı avtomobillə H.Əliyev prospektində 7 gənci vurub.
Hadisə nəticəsində 2000-ci il təvəllüdlü Həsənli Həsrət Səfər oğlu yerindəcək keçinib.
Digər 6 nəfər - 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, 1997-ci il Cavadov Ruslan Ehiram oğlu, 2001-ci il təvəllüdlü Ruslanzadə Səbuhi Namiq oğlu, qardaşlar - 1990-cı il təvəllüdlü Həsənli Sahil Səfər oğlu, 1993-cü il təvəllüdlü Həsənli Şəhriyar Səfər oğlu, 1996-cı il təvəllüdlü Həsənli Şahin Səfər oğlu İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.
Sərxoş olduğu müəyyən edilən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər