IV qrup üzrə 600-dən yuxarı bal toplayan 130 nəfər Naxçıvan Dövlət Universitetini seçib

IV qrup üzrə 600-dən yuxarı bal toplayan 130 nəfər Naxçıvan Dövlət Universitetini seçib Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. Nəticələrə əsasən, Naxçıvan Dövlət Universiteti ənənəvi olaraq yüksək qəbul göstəriciləri ilə ölkə universitetləri arasında fərqlənib. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında IV qrup üzrə 600-dən yuxarı bal toplamış 130 abituriyentin seçimi məhz Naxçıvan Dövlət Universiteti olub.

Qeyd edək ki, IV qrup üzrə ən yüksək keçid balına malik universitetlər sırasında NDU da yer alır. Belə ki, Tibb (tədrisi ingilis dilində) ixtisası üzrə keçid balı 607 olub.

Bundan başqa, Tibb ixtisasında minimal keçid balı 604.100, Stomatologiya ixtisasında isə 600.400 bal təşkil edib. Nəticədə plan yerləri 100 faiz dolaraq, universitet tarixində rekord göstərici qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər