"Taxtakörpü"də batan şəxsin meyiti çıxarıldı
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə "Taxtakörpü" su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tehsil-press.az
- Baxış: 120
Xəbərin tarixi: 18.10.2025 / 21:54
-
Oxşar xəbərlər