Nazir əmr imzaladı: Üç tibb müəssisəsi ləğv olundu

Nazir əmr imzaladı: Üç tibb müəssisəsi ləğv olundu Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 3 tibb müəssisəsi ləğv olunub.

Bu barədə Səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib.

Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.

Müəssisələrin kreditorları mövcud borc tələblərini təqdim etməlidirlər. Debitorlar isə borclarını tam şəkildə ödəməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər