Prezidentdən Şamil Rzayevlə bağlı sərəncam

Prezidentdən Şamil Rzayevlə bağlı sərəncam Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində yeni təyinat olub.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Şamil Etibar oğlu Rzayev agentliyin İdarə Heyətinin birinci müavini təyin olunub.

Xatırladaq ki, 51 yaşlı Ş.Rzayev 1991-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Yanacaq-Energetika Kompleksində İqtisadiyyat və İdarəetmə fakultəsinin bakalavr və magistr pillələrində təhsil alıb.

O, 2000-2001-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.

2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər