Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi Azərbaycan Cüdo Federasiyasında hesabat-seçki konfransı keçirilib.

Konfrans “Four Seasson” otelində mediaya qapalı baş tutub.

Seçkilərin nəticəsinə görə, federasiyanın prezidenti yenidən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev seçilib.

İclasda İcraiyyə Komitəsinin heyətində də dəyişiklik edilib. Belə ki, Ağayar Axundzadənin yerinə olimpiya mükafatçısı Mövlud Mirəliyev İcraiyyə Komitəsinin üzvü seçilib.

Qeyd edək ki, R.Nəbiyev 2021-ci ildən Azərbaycan Cüdo Federasiyasının prezidentidir.

Tehsil-press.az

Oxşar xəbərlər