Milli Məclisdə deputatlar uşaqlarla bir arada

Milli Məclisdə deputatlar uşaqlarla bir arada Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycannın bütün uşaqlarını 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.
“Report”un xəbərinə görə, parlamentin bugünkü plenar iclasında İctimai Televiziyanın layihəsi əsasında 30-a yaxın uşaq iştirak edib.
O.Əsədov çıxışında qeyd edib ki, uşaqların iclasda iştirakı sevindiri haldır: “Onlar necə də sakit və mədəni şəkildə oturub iclasın gedişinə qulaq asırlar. İnanıram ki, gələcəkdə onlar da Milli Məclisdə təmsil olunan deputatlar sırasında olacaq”.
Uşaqlar isə öz növbəsində spikerə təşəkkür edərək iclas zalını tərk ediblər.
Tehsil-press.az xatırladır ki, bu gün Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilir,
İclasın gündəliyinə 12 məsələ, o cümlədən "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik, Cinayət Məcəlləsində dəyişikliklər və digər bir sıra qanunlara dəyişikliklər daxildir.

Tehsil-press.az

Oxşar xəbərlər