”Multukulturalizm uşaqların gözü ilə” adlı tədbir

”Multukulturalizm uşaqların gözü ilə” adlı tədbir Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzi, Xətai  Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı, Mədəniyyət və Turizm Nazirliyinin Şuşa rayon şöbəsinin təşkilatçılığı ilə “Multukulturalizm uşaqların gözü ilə” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd insanlar arasında sevgi, dostluq və həmrəyliyin möhkəmlənməsinə təkan vermək, müxtəlif xalqların adət-ənənələrinə hörmət hissinin artırılması və onlar arasında mədəni körpünün yaradılmasıdır.
Tədbirdə Milli Məclisin deputatları, Təhsil Nazirliyinin əməkdaşları, Yeni Azərbaycanın Partiyasının təmsilçiləri, Xətai və Şuşa rayon icra  hakimiyyətlərinin başçıları, səfirliklərin, Mədəniyyət və Turizm Nazirliyinin Şuşa rayon şöbəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, bu prosesə mühüm töhfələr verib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. 
Respublika Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 20 ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən əl işlərini və müxtəlif xalqların milli geyimlərini nümayiş etdiriblər. Tədbir dərnək üzvlərinin hazırladığı konsert proqramı ilə başa çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər