Mayın 13-də “Multikulturalizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə “Muzey həftəsi”nə start verilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Anar Quliyev, Prezident Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ümumi təhsil müəssisələri və muzey rəhbərləri, şagirdlər iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi məktəbliləri ölkənin böyük muzeylərinin kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış etməkdir.
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə “Muzeylər və Multikulturalizm” proqramı çərçivəsində təşkil olunan məktəblilər üçün “Muzey həftəsi” mayın 12-dən 18-dək Bakı şəhərində və regionlarda 25 muzeyi əhatə edəcək. Ötən il layihə çərçivəsində 7 min məktəblinin Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyə ekskursiyası təşkil olunub.
Tədbirdə, həmçinin 2015-ci ildə keçirilmiş “Muzey həftəsi”ndə fəallıq göstərmiş ümumi təhsil müəssisələri və məktəblilərə diplomlar təqdim edilib.
Tehsil-press.az