Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, Ukrayna ilə Rusiya arasında sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib.

Türkiyə Prezidenti R.T.Ərdoğan Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların gücləndirilməsi və davam etdirilməsinin vacibliyini, Türkiyənin sülhə zəmin yaradacaq yüksəksəviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər