
Gürcüstan parlamentinin deputatı səsvermə İrakli Kobaxidze başda olmaqla yeni hökumətin tərkibinə etimad göstərib.
Hökumətin yeni tərkibinin təsdiq edilməsinin lehinə 84 deputat səs verib, əleyhinə çıxış edən olmayıb.
Kobaxidzenin hökumətində 3 yeni nazir yer alıb. Onlar xarici işlər naziri Maka Boçorişvili, ədliyyə naziri Anri Oxanaşvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvilidir.
Xatırladaq ki, noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası keçirilib.
Onu da qeyd edək ki, 46 yaşlı İ.Kobaxidze cari ilin fevralından Gürcüstanın Baş naziri olub.
Tehsil-press.az