
Bu fikirləri ABŞ Prezidenti Donald Trampın müşaviri Piter Navarro deyib.
“Bu ölkələrin heç biri ABŞ-yə məhsul satmadan sağ qala bilməz. Onlar ixracatlarını Amerika Birləşmiş Ştatlarına yönəldəndə, qeyri-ədalətli ticarət praktikaları ilə sanki vampirlər kimi bizim qanımızı sorurlar,” – deyə Navarro bildirib.
Piter Navarro, həmçinin BRİCS ölkələrinin bir blok kimi uzun müddət birlikdə qala biləcəyinə də şübhə ilə yanaşıb. Onun sözlərinə görə, bu ölkələr arasında bir-birinə qarşı nifrət və qarşılıqlı dağıtmaq arzusu mövcuddur.
Tehsil-press.az