Trampla bağlı İLGİNC İDDİA

Trampla bağlı İLGİNC İDDİA Donald Tramp beynəlxalq ticarətdə ABŞ-ın təsir gücünü olduğundan artıq dəyərləndirir və proteksionist tədbirlərlə qlobal ticarət qaydalarını dəyişməyə nail ola bilməyəcək.

Bu barədə “China Daily” qəzetinin müəllifləri öz redaksiya məqaləsində bildiriblər.

“ABŞ qlobal ticarətin təxminən 17 faizinə sahibdir, lakin sadəcə tarif rıçaqları ilə ticarət qaydalarını dəyişə biləcəyinə inanaraq öz imkanlarını həddindən artıq şişirdir”, - deyə qəzet yazır.

Məqalədə Trampın Rusiya nefti alan ölkələrə, xüsusilə Hindistana qarşı qarşı tədbirlər görmək hədələri də tənqid olunur.

Müəlliflər vurğulayırlar ki, Donald Trampın “razılaşma sənəti” adı altında gizlədilən birtərəfli proteksionist və istismarçı yanaşması qlobal ticarət təcrübəsinə heç bir faydalı qayda əlavə etməyib.

Onlar qeyd edirlər ki, Hindistana Rusiya neftindən imtina etməsi üçün edilən təzyiq Vaşinqtonla Yeni Dehli arasında artıq çıxılmaz vəziyyətə düşmüş ticarət danışıqlarını daha da çətinləşdirəcək.

Məqalədə ABŞ-ın digər böyük iqtisadi güclərlə, o cümlədən Avropa İttifaqı ilə apardığı danışıqların da problemsiz getmədiyi vurğulanır. Müəlliflərə görə, Vaşinqton Brüsseli həm təhlükəsizlik, həm də iqtisadi sahədə “hər şeyi riskə atmağa” məcbur edib.

“ABŞ müxtəlif ölkələrlə apardığı ticarət danışıqlarında mühüm irəliləyişlər əldə etdiyini bildirsə də, bu “qələbələrin” Amerika malları üçün digər ölkələrin bazarlarının açılmasına gətirib çıxarıb-çıxarmayacağı hələ də məlum deyil. ABŞ isə həmin ölkələrin ixracatına qarşı gömrük tariflərini qaldırmaq hüququnu əldə etməyi planlaşdırır”, - deyə qəzet vurğulayır.

Qəzetin müəllifləri qeyd edirlər ki, Ağ Ev tarif müharibəsini daim geosiyasi məsələlərlə, o cümlədən Ukrayna böhranı ilə əlaqələndirməyə çalışır. Bu isə onların fikrincə, yalnız vəziyyəti daha da çətinləşdirir, ABŞ-ın bir sıra ölkələrlə ticarət danışıqlarını və mühüm problemlərin həllini təhlükə altına salır.

Bundan əlavə, müəlliflər bildirirlər ki, gömrük rüsumları nə ABŞ büdcəsini dolduracaq, nə də büdcə kəsirini kompensasiya edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər