Beş ay reanimasiyada qalan müəllim vəfat etdi

Beş ay reanimasiyada qalan müəllim vəfat etdi 5 ay əvvəl Ordubad rayonunda ağır qəzada xəsarət alan müəllim Tağıyeva Əsmər Baxşəli qızı vəfat edib.

Bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilir ki, o, martın 20-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. İki azyaşlı övladı olan müəllim 6 aya yaxın xəstəxananın reanimasiya şöbəsində müalicə olunub.

Qeyd edək ki, Ə. Tağıyeva Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi idi.

Tehsil-press.az

Oxşar xəbərlər