Xankəndidə erməninin törədiyi təxribatın SƏBƏBİ BUDUR...

Xankəndidə erməninin törədiyi təxribatın SƏBƏBİ BUDUR... Məlum olduğu kimi Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb. Görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub. Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb.

Qeyd edək ki, Katen Avanesyan dünən qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış Avanesyan tutulub.

Xankəndi şəhərində erməni əsilli vətəndaşın törətdiyi təxbribat nədən xəbər verir? Onun erməni agenti olması ehtimalı varmı? Bu hadisə bir daha ermənilərin revanşist və bizə qarşı barışmaz olduğunun isbatı hesab edilməlidirmi? Mövzu ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Referans-a açıqlamasında bildirib ki, erməni əsilli Azərbaycan vətəndaşının Dağlıq Qarabağ sakini olaraq orada keçirilən anti-terror əməliyyatından bir gün sonra şəxsən özü könüllü olaraq qalması və bizim orqanlara təslim olub burada dinc yaşamaq üçün müraciət etməsi normal qarşılanası bir hal idi. Biz bunu bütün oradan köç edən erməni əhalisinə ünvanlanmışıq. Amma bunlar öz ambisiyalarına görə və uzun illərdən bəri orada guya ki, müstəqil ölkə qurduq, bundan sonra əsarət altında yaşamaq istəmədiklərinə görə tərk edib getdilər. Bir kiçik qrup qalıb, bunların da əksəriyyəti yaşlı, xəstə, ahıl adamlardır və onların içində göründüyü kimi elə təxminən 57-58 yaşında olan bu şəxs göründüyü kimi sağlamdır və bu vaxta qədər onunla olan görüşlərdə bildirib ki, mən Azərbaycan vətəndaşlığını könüllü qəbul edib öz evimdə yaşayıram. Amma göründüyü kimi çox vaxt keçməsinə baxmayaraq bu şəxs deydiyiniz kimi, həmin təxribatı törətmək üçün hərəkətə başlayarkən, aidiyyəti orqanlar tərəfindən zərərsizləşdirilib.

Tərlan Eyvazov bildirib ki, həmin şəxslərin hansı yaşda və durumda olmasına baxmayaraq, bizim orqanlar onları daima nəzərətdə saxlayır. Həm inzbati orqanlar, həm güc orqanları, həm də aidiyyətı səhiyyə və sosial müdafiə orqanları. Amma bu şəxsin məxsusi olaraq Prezidentin Xanləndində, yəni o bölgədə olduğu vaxt, silaha əl atması və nələrsə planlaması, yəni ki, bütün bunlar hamısı məlum olacaq aparılan araşdırmadan, tədqiqatdan sonra. Görünür ki, bu şəxsin özü yəqin ki, Ermənistanda olan xüsusi orqanlarla əlaqədədir deyə müsahibimiz əlavə edib. Yəni bunu özbaşına edə bilməz. Mütləq şəkildə hər hansı bir vasitə ilə yəni indiki bu müasir texnologiyaların inkişafı dövründə bu elədə çətinlik tələb etmir, alıb və hərəkətə keçib. Amma yenə də deyirəm orada olan bizim aidiyyəti orqanların ayıq-sayıqlığı nəticəsində vaxtında zərərsizləşdirilib. Bu onu göstərir ki, ölkəmizə qarşı olan həm içəridən, həm bayırdan, həm uzaq həm yaxından olan xarici təxribatlar səngimir. Son vaxtlar daha da intensivləşib və görünən, hal-hazırda baş verən, artıq gündəmi zəbt edən mövzular da qaçqın qeyri-qaçqın və s. bunların qəsdən üfrülməsi, alovlandırılması, əhalinin müxtəlif təbəqələrinin bir-birinə qarşı qoyulması da bu xüsusda olan mövzulardandır.

"Buna görə də düşünürəm ki, ictimaiyyətimiz və əsasən də mətbuatımız bu yöndə olduqca ayıq-sayıq olmalı və belə məsələləri şişirdənləri vaxtında qarşısını almalı və onlara meydan verməməlidir. Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır", - deyə ekspert qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər