Hacı Murad Yengizarovun dəfn yeri açıqlandı

Hacı Murad Yengizarovun dəfn yeri açıqlandı Xalq artisti Hacı Murad Yengizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah - 15 sentyabr 2025-ci il tarixində Vətənə gətiriləcək.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək.

Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər