
"Space" kanalında yayımlanan "Tarixin bir günü" verilişində Manaf Ağayev Kamran Həsənliyə cavab verib.
"Kamran çox böyük bir səhv edib.Hər şeyi yalan danışır.O proyekt mənim müzərimdə qurulmuşdu...Həmin "Toylar Kralı"nın qalibi olduqdan sonra finalda Qismət oxudu.Kamran mənə helə söz deyə bilərdi ki,sən oxuma,Qismət oxusun?...",-deyə Manaf Ağayev bildirib.
Qeyd edək ki,Kamran Həsənli açıqlamasında illər öncə baş tutmuş "Toylar Kralı" musiqi yarışmasında Manaf Ağayevin özünə tac düzəldirdiyini və finalda başına taxdığını bildirmişdi.Kamran Həsənlinin sözlərinə görə,yarışmanın finalında Manaf Ağyevin oxumasına icazə verilməyib.Onun əvəzində hazırda xaricdə yaşayan müğənni Qismətin ifasına yer verilib.
Tehsil-press.az