Qarabağ Universitetinin yeni tibb-tədris korpusu: Tələbələrdən ilk təəssüratlar

Qarabağ Universitetinin yeni tibb-tədris korpusu: Tələbələrdən ilk təəssüratlar Xankəndidə Qarabağ Universitetinin yeni tibb-tədris korpusu açılıb.

Tibb və Sağlamlıq Elmləri Fakültəsinin fəaliyyətə başlayan bu korpusu ilə Baku TV yaxından tanış olub.

Klinikanın baş direktoru Samir Babayev bildirib ki, 5,5 hektar ərazidə 9 bina yerləşir.

"İlkin mərhələdə hələlik 3 binamızı işlədirik. Bu, yeni açılmış birinci tədris binamızdır. Burada 10-dan çox auditoriya, 3 laboratoriya fəaliyyət göstərir. Eyni zamanda 500 kvadratmetrlik simulyasiya mərkəzimiz var. Bu mərkəz tələbələrə xəstələr üzərində deyil, maketlər üzərində praktiki bacarıqlarını inkişaf etdirməyə imkan yaradır", - deyə o qeyd edib.

Tələbələr də fakültə haqqında fikirlərini bölüşüblər.

"Tibb və Sağlamlıq Elmləri Fakültəsinin Tibb ixtisasına qəbul olmuşam. Mən Şəmkirdən gəlmişəm. Buranın işçiləri bizim rayonumuza gəlib, universitet haqqında məlumat vermişdilər. Elə o zaman qərara gəldim ki, tibb təhsilimi məhz burada almalıyam", - deyə tələbə Nuray Məmmədova bildirib.

Ətraflı süjetdə:



Tehsil-press.az

Oxşar xəbərlər