Yeni dəyişikliklə, artıq gündəlik komissiyasız mədaxil 500 manat olacaq. Bu limit keçildikdə isə 1 faiz komissiya tutulacaq.
Aylıq komissiyasız mədaxil limitində də dəyişiklik edilib. Belə ki, 2000 manatdan artıq olan köçürmələrdə əvvəl yalnız kənar terminallar vasitəsilə edildikdə komissiya tutulurdusa, bundan sonra karta köçürülmələrdə də limit keçildikdə 1 faiz komissiya tutulacaq.
Qeyd edək ki, bu dəyişikliklər 23 oktyabr tarixindən qüvvəyə minəcək
Xatırladaq ki, "Yelo Bank"ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.
Tehsil-press.az














