Bağlanan bankların fəaliyyəti üçün 391 milyon manat lazım imiş

Bağlanan bankların fəaliyyəti üçün 391 milyon manat lazım imiş "İstənilən bankın açılması, fəaliyyəti üçün qanunvericiliyə əsasən 50 milyon manat kapital tələb olunur".
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-yə açıqlamasında bildirib.
Bankların bağlanmasını şərh edən E.Rüstəmov bildirib ki, bu məbləğ bu gün "Atabank"da mənfi 214 milyon manatdır:
"50 milyon manatı da üstünə gəlsək, deməli bankın normal fəaliyyəti üçün 264 milyon manat vəsait tələb olunur. Artıq ictimaiyyətə də aydındır ki, sözügedən bank maliyyə qabiliyyətini itirib. "Atabank"ın verdiyi kreditlərin 88 faizi problemli kreditlərdir. Sistem üzrə bu göstərici 10-12 faizdir. Bu da olduqca acınacaqlı durumdur. Bank əhalinin əmanətlərini qaytara bilmir. Bu durumda bankın xilas olması üçün heç bir imkan yoxdur".
"Amrahbank"ın da problemlərindən söz açan E.Rüstəmov qeyd edib ki, bu bank öz hesabatlarında özünü normal bank kimi təqdim edirdi: ""Amrahbank"ın kapitalı isə mənfi 77 milyon manatdır. Bankın fəaliyyəti üçün isə əlavə 127 milyon manat kapital lazımdır. Bu bankla çox ciddi söhbətlər oldu. Bank sahiblərinin diqqətinə reallıqlar çatdırıldı. Onlara vaxt da verildi. Kapitallaşma planlarını gətirmələrini istədik. Onlar isə planlardan imtina etdilər. Biz də lisenziyanı geri çağırmalı olduq. Bu bankda isə problemli kreditlərin həcmi 40 faizdir. Bankda isə 400 milyon manata qədər əmanət var".
E.Rüstəmov əlavə edib ki, "AGBank"ın kapitalı mənfi 145 milyon manatdır. Bankın normal fəaliyyəti üçün 195 milyon manat tələb olunur. Bu göstərici "NBCBank"da mənfi 23 milyon manata yaxındır. Bundan başqa, "AGBank"da problemi kreditlər 54, "NBCBank"da isə 32 faizdir.

Tehsil-press.az

Oxşar xəbərlər