"Yatmış gözəl" gerçək oldu: 14 yaşında yatdı, 46 yaşında oyandı

İsveçrədə yaşayan Karolina Olsson adlı qız 14 yaşında ikən dərin yuxuya gedib və düz 32 il sonra – 46 yaşında ayılıb.

Hadisə 1876-cı ildə baş verib. Karolina məktəbdən evə qayıdarkən buz üzərində yıxılıb və başını zədələyib. Bundan sonra güclü baş və diş ağrılarından şikayətlənib, daha sonra isə yatağa girərək dərin yuxuya qərq olub.

Ailəsinin bütün cəhdlərinə baxmayaraq, onu oyatmaq mümkün olmayıb. Həkimlər Karolinanın komada olduğunu desələr də, nə səbəbini tapa biliblər, nə də müalicə yolunu. Anası illərlə ona baxıb, çimizdirib, saçlarını darayıb və süd ilə şəkərli su verərək qidalandırıb.

1908-ci ilin 3 aprel səhəri Karolina gözlərini açıb. Ayıldıqdan sonra danışmaqda çətinlik çəksə də, şüuru tam yerində olub və keçmiş hadisələri xatırlayıb.

Maraqlıdır ki, 46 yaşı olmasına baxmayaraq, görünüşü gənc bir qadını xatırladırmış.

Bu hadisə dünya mediasında geniş maraq doğurub. Bəzi həkimlər Karolinanın vəziyyətini psixoloji travma və ya nadir rast gəlinən “yatan gözəl sindromu” ilə əlaqələndirsələr də, diaqnoz tam uyğun gəlməyib.

Karolina ömrünün qalan hissəsini doğulduğu Oknö adasında keçirib və 1950-ci ildə 88 yaşında vəfat edib.

Tehsil-press.az

Oxşar xəbərlər