Azərbaycanda müəllim həbs edildi

Azərbaycanda müəllim həbs edildi Mingəçevirdə orta məktəb müəllimi həbs edilib.

Mingəçevir şəhər 11 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Rasim Məmmədov (soyad şərtidir - red.) dələduzluqda ittiham edilib.

O, vətəndaşların etibarından sui-istifadə edərək, onlardan xeyli miqdarda pul alaraq mənimsəyib. R.Məmmədov bir neçə nəfəri aldatmaqla, onlara 200 min manata yaxın vəsaiti alaraq mənimsəməkdə təqsirləndirilib.

Zərərçəkmişlərin şikayətlərindən sonra R.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Tehsil-press.az

Oxşar xəbərlər