Həmayil Quliyeva rəhbər vəzifəyə təyin edildi

Həmayil Quliyeva rəhbər vəzifəyə təyin edildi "Bytelecom" şirkətində yeni təyinat olub.

Həmayil Quliyeva şirkətdə Online Satış Departamentinin rəhbəri təyin edilib.

O, karyerasına “Ferrum Capital”da başlayıb. Daha sonra "Music Gallery"də Çağrı Mərkəzi şöbəsinin rəhbəri, bu vəzifəsinə qədər isə "Kontakt Home"da Çağrı Mərkəzi üzrə Komanda Lideri vəzifəsində işləyib.

Qeyd edək ki, o, bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistr təhsilini isə İqtisad Universitetində MBA-Biznesin təşkili və idarə olunması üzrə alıb.

Tehsil-press.az

Oxşar xəbərlər