Qonaqlar həmçinin Psixologiya, Sosial və pedaqoji psixologiya kafedralarında olublar. Psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru Səxavət Əliyeva, professorlar Rəna Qədirova, İmdad Bayramov, dosentlər Sevinc Quliyeva, Azər Mustafayev, Kamilə Kazımova, psixologiya üzrə fəlsəfə doktoru Nigar Nəsirova özbək alimləri ilə elmi müzakirələr aparıb, fikir mübadiləsi ediblər.
Özbək qonaqlar Sosial elmlər və psixologiya fakültəsində “Özbək qadının identikliyi” mövzusunda sərgi nümayiş etdiriblər. Sərgidə Özbəkistan qadınlarının elm, mədəniyyət və idmanın inkişafına verdiyi mühüm töhfələri əks etdirən foto-eksponatlar nümayiş etdirilib. Eksponatlarda Özbəkistan qadınlarının özünəməxsus xüsusiyyətlərini və xarakterini təcəssüm etdirən məqamlar yer alıb, onların cəmiyyətdə və mədəniyyətdəki roluna xüsusi diqqət çəkilib.
Tehsil-press.az