BDU-nun kollektivi Gəncədə şəhid Erkin Hüseynovun məzarını ziyarət edib

BDU-nun kollektivi Gəncədə şəhid Erkin Hüseynovun məzarını ziyarət edib Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin müəllim və tələbələri Gəncədə şəhid Erkin Hüseynovun məzarını ziyarət ediblər.
Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Nəzakət Kərimova, dosent Ülviyyə Ağabəyova, fakültənin Tələbə Həmkarlar İttifaqının sədri Heydər Aslanov və tələbələr Gəncə Şəhidlər xiyabanında şəhid Erkin Hüseynovun məzarının və oxuduğu məktəbdə şərəfinə ucaldılmış bulağın önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra şəhidin ailə üzvləri ilə görüş olub. Görüşdə vurğulanıb ki, şəhid Erkin Hüseynovun əziz xatirəsi ürəklərdə daim yaşayacaq.
Qeyd edək ki, Erkin Hüseynov ötən il sentyabrın 12-də Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. O, 2016-2020-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə ixtisası üzrə təhsil alıb.

Tehsil-press.az


Oxşar xəbərlər