
Bu barədə "Comex" birjasının məlumatlarınad bildirilib.
Bakı vaxtı ilə saat 05:12-də qızılın qiyməti bir unsiya üçün 4202,4 dollara yüksəlib ki, bu da 0,64% artım deməkdir. Saat 05:17-də isə artım tempi bir qədər zəifləyib və qiymət 4199,8 dollara düşüb.
Bundan əvvəl qızılın fyuçers qiyməti yenidən tarixi maksimuma çataraq 4150 dollar olmuşdu. Bakı vaxtı ilə saat 03:36-da bu göstərici 1,97% artımla qeydə alınıb. Lakin saat 03:59-da artım bir qədər zəifləyib və qiymət 4146,5 dollar təşkil edib (+1,88%).
Qızılın qiymətindəki artım geosiyasi vəziyyətin pisləşməsi və ABŞ Federal Ehtiyat Sisteminin sərt siyasəti ilə əlaqələndirilir.
Tehsil-press.az