Emiliya Qayıbova ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib:
"İmtahanda təbii ki, çətin və vaxt aparan suallar var idi. Uşaqların əksəriyyətinin dilindən bunu eşitmişdik. Amma imtahan o qədər də çətin deyildi. Sadəcə müəyyən qədər qəliz tipli suallar var idi. Ümumi götürəndə isə orta səviyyədə idi. 300 bal toplamağa ümidim var idi. Sadəcə açıq tipli suallardan bir az şübhələnirdim, tam bal olmaya bilər deyə, amma özüm gözləyirdim".
O, neçənci ixtisas qrupuna hazırlaşdığını da bildirdi:
"Mən 1-ci ixtisas qrupuna hazırlaşıram. İstəyim kompüter elmləri ixtisasıdır. Universitet seçimim isə hələ dəqiq deyil".
Tehsil-press.az








