İkinci dəfə eyni universitetə rektor təyin edilən İbrahimov kimdir? - DOSYE

İkinci dəfə eyni universitetə rektor təyin edilən İbrahimov kimdir? - DOSYE Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Səhrab oğlu İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

Yeni rektorun dosyesini təqdim edirik:

N.İbrahimov 1953-cü il Qəbələ rayonunun Mıxılqovaq kəndində anadan olub.
Mıxılqovaq kənd orta məktəbini bitirib. 1972–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

1979–1982-ci illərdə Universitetin nəzdində Hesablama mərkəzində riyaziyyatçı-proqramist vəzifəsində çalışıb.

1982–1985-ci illərdə fakültənin Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında riyaziyyatçı-proqramçı işləyib.

1985–1992-ci illərdə fakültənin Tədris laboratoriyasının müdiri, eyni zamanda kafedranın müəllimi olub.

1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

2014-cü ildən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.

O, 2016-cı il may ayından 2021-ci il aprelin 23-nə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib.

1997-ci ildən Fizika-riyaziyyat elmləri namizədi, 2015-ci ildən Riyaziyyat üzrə elmlər doktoru, professor elmi adlarını alıb.

Bir monoqrafiya, 2 dərs vəsaiti və bir neçə proqramın müəllifidir. 4 doktorantın elmi rəhbəridir.

Ailəlidir, 3 övladı var.

Tehsil-press.az

Oxşar xəbərlər