Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə kafedranın professoru Qabil Əliyev, kafedranın müəllimi Samir Hümbətov, Politologiya ixtisası üzrə IV kurs tələbəsi Səbinə Cəlilovanın məruzələri dinlənilib, 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Məruzələrdə Azərbaycan xalqının milli azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizəsinin mərhələlərinə toxunulub, ölkənin müstəqilliyinin ağır, çətin tarixi şəraitdə və mürəkkəb siyasi proseslərin fonunda bərpa olunduğu xatırladılıb, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ümummilli lider Heydər Əliyevin və 2003-cü ildən başlayaraq dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətləri vurğulanıb. Həmçinin bildirilib ki, Azərbaycanın müstəqillik yolunda ən ağır sınaqlarından biri artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsi olub. Qarabağ zəfəri ilə Azərbaycan müstəqilliyini daha da möhkəmləndirib. Bu zəfər, Azərbaycanın suverenliyinin tam təmin edilməsi və ərazi bütövlüyünün bərpası müstəqilliyin necə dəyərli və qorunmağa layiq olduğunu bir daha sübut edir.
Tehsil-press.az