Nazirlik: Həmin avtomobil Rəşad Nəbiyevə məxsus deyil - YENİLƏNDİ

Nazirlik: Həmin avtomobil Rəşad Nəbiyevə məxsus deyil - YENİLƏNDİ Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin bu gün axşam saatlarında paytaxt Bakıda yağan qarlı hava şəraitində avtomobil idarə edərkən çətin anlar yaşaması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunan nəqliyyat vasitəsi nazir Rəşad Nəbiyevə və yaxınlarına məxsus deyil.

***

20:22

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün axşam saatlarında paytaxt Bakıda yağan qarlı havada avtomobil idarə edərkən çətin anlar yaşayıb.

Nazir Rəşad Nəbiyev idarə etdiyi son model 90-AA-414 dövlət nömrə nişanlı “Mercedes-Benz G-Class 6.3” model avtomobili ilə Heydər Əliyev prospektində buzlu yollda hərəkət edərkən, qarşısında gedən “KİA” markalı digər avtomobil qəfil əyləcdən istifadə edərək, qəza şəraiti yaradıb. Buna baxmayaraq, Rəşad Nəbiyevin peşəkarlığı nəticəsində qəzadan yayınmaq mümkün olub.

Qeyd edək ki, nazir Rəşad Nəbiyevin avtomobilini 10-DY-014 nömrəli “Toyota Land Cruiser 200” model avtomobil müşayiət edib./Demokrat.az/

Tehsil-press.az

Oxşar xəbərlər