Sara Əzimovanın yerinə o təyin edildi - Sərəncam

Sara Əzimovanın yerinə o təyin edildi - Sərəncam Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Məlumata görə, Sara Əzimova bundan sonra fəaliyyətini media sahəsi üzrə davam etdirəcək.

Bəxtiyar Məmmədovun digər bir sərəncamı ilə qəzetin baş redaktoru vəzifəsinə Rəmzi Tahirli gətirilib.

O, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər