
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
Onun sözlərinə görə, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən dindarlar üçün sənədlərin qəbuluna başlayıb. Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2) Şəxsiyyət vəsiqəsinin surəti;
3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4) Sağlamlıq haqqında arayış.
Sənədlərin qəbulu 22 oktyabr 2025-ci il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Qeyd edilir ki, yerlər məhduddur və sənədlərin qəbulu prosesinin daha erkən bitirilməsi nəzərdə tutulur.
Tehsil-press.az