Gürcüstan müdafiə naziri “erməni soyqırımı abidəsi”ni ziyarət etdi
Ermənistana rəsmi səfərə gələn Gürcüstan müdafiə naziri İrakli Çikovaninin başçılıq etdiyi nümayəndə heyəti müdafiə nazirinin müavini Arman Sərkisyanın müşayiəti ilə İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət edib.
Bu barədə kompleksin mətbuat xidməti məlumat yayıb.
İrakli Çikovani “erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə”nin önünə əklil qoyub, sonra qonaqlar “əbədi məşəl” önünə gül dəstələri düzüb, “qurbanlarının” xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tehsil-press.az
- Baxış: 138
Xəbərin tarixi: 22.10.2025 / 16:39
-
Oxşar xəbərlər