Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
General-polkovnik Zakir Həsənov ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.
Azərbaycanın Müdafiə nazirini ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər