Xarici bazarlara pomidor ixracının həcmi 23,1% artıb

Xarici bazarlara pomidor ixracının həcmi 23,1% artıb Ölkəmizdən xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında pomidor öz xüsusi çəkisini qoruyur. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycandan xarici bazarlara pomidor ixracı əhəmiyyətli dərəcədə artıb. Bu ilin yanvar-sentyabr aylarında ölkəmizdən 144 029,4 ton pomidor ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% çoxdur.

İlin ilk doqquz ayında ölkəmizdən xarici bazarlara ixrac olunan pomidorun dəyərində 12,6%-lik artım qeydə alınıb. Bu müddətdə ixracın ümumi dəyəri 157 171,6 min ABŞ dolları təşkil edib.

Xarici bazarlara pomidor ixracı dinamik şəkildə davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər