
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanın istehsal etdiyi pomidorların əsas hissəsi ixrac olunur: “Əsasən də pomidorların Rusiya bazarlarına ixrac prosesi baş verir. Çünki Rusiya Türkiyədə istehsal olunan pomidoru qəbul etmir.
Qeyd edim ki, ölkədə pomidor qeyri- neft sektorunda ixracda birinci yeri tutur. Bu da Rusiyada tələbin çox olması ilə bağlıdır. Türkiyədən gələn pomidorların bir hissəsi də Azərbaycandan Rusiyaya ixrac olunur.
Təhsil-press.az