Azərbaycanlıların evlilikdə seçimi dəyişir – Qadağan deyil, amma risklidir..

Azərbaycanlıların evlilikdə seçimi dəyişir – Qadağan deyil, amma risklidir.. Müğənni Nura Surinin sosial şəbəkədə paylaşımı diqqət çəkib. O, dostunun iki oğlunun evləndiyini, gəlinlərdən birinin Rusiya, digərinin isə Ukraynadan olduğunu qeyd edib. Əksəriyyət bildirir ki, son zamanlar xanımlarla yanaşı, kişilər də əcnəbilərlə ailə qurmağa can atırlar və bu, növbəti illərdə genefondumuza ciddi təsir edəcək.

Bu məsələdə reallıq payı varmı? Vətəndaşlarımız niyə əcnəbilərlə evlənməyə üstünlük verirlər?

Sosioloq Mail Yaqub deyib ki, ailə qurmaq hər bir şəxsin seçim azadlığına daxildir:

“Hüquqi baxımdan bu məsələdə hər hansı qadağa yoxdur. Lakin Azərbaycanda bu meyil geniş vüsət alarsa, kişilərin və qadınların əhəmiyyətli hissəsi xarici vətəndaşlarla ailə qurarsa, cəmiyyət üçün böyük fəsadların olması mümkündür. Belə ki, Azərbaycanda zamanla ailə qurmaq istəyənlər özlərinə uyğun partnyor tapmaqda çətinlik çəkəcəklər. Bu da cəmiyyətin sağlam psixoloji mühitinə mənfi təsir göstərə bilər. Yəni məsələ kifayət qədər vacibdir. Əslində, başqa millətdən olanlarla evlənmək genefondu zəiflətmir, əksinə, genetik müxtəlifliyi artırır. Bu, irsi xəstəliklərin qarşısını almağa, orqanizmin adaptasiya imkanlarını gücləndirməyə və sağlam nəsillərin yaranmasına kömək edir”.

Sosioloq bildirib ki, gənclər arasında subaylıq halları artarsa, bu, sosial balansı poza bilər:

“Əcnəbi ilə evlənməyin mənfi tərəfi də budur. Bununla bağlı cəmiyyətdə maarifləndirici işlər aparılmalı, media vasitəsilə geniş müzakirələrə yer verilməlidir. Bütün hallarda bu məsələ yalnız mənəvi və psixoloji baxımdan zərərli hesab edilə bilər, hüquqi cəhətdən isə hər kəsin seçim azadlığı qorunur”.

Tehsil-press.az

Oxşar xəbərlər