Vəsaitdə romantizm cərəyanının yaranma səbəbləri, inkişaf mərhələləri, Amerika romantizminin əsas ideya-estetik xüsusiyyətləri, həmçinin Avropa romantizmi ilə qarşılıqlı əlaqələri sistemli şəkildə təhlil olunur. Müəllif romantizmin fəlsəfi və bədii prinsiplərini, bu istiqamətin formalaşmasında rol oynamış ədəbi və mədəni amilləri elmi əsaslarla izah edir.
Kitabda Edqar Allan Po, Herman Melvill, Nataniel Hotorn, Uolt Uitmen, Ceyms Fenimor Kuper və digər ədəbi şəxsiyyətlərin yaradıcılığı romantizm estetikasının kontekstində araşdırılıb.
Qeyd edək ki, Azərbaycan Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan dərs vəsaiti, ali təhsil müəssisələrinin filologiya və xarici ədəbiyyat ixtisaslarında təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Tehsil-press.az












