BDU-nun Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev XXI əsrdə urbanizasiya proseslərinin çoxşaxəli inkişafına diqqət çəkərək, bu istiqamətdə aparılan tədqiqatların həm ölkə, həm də dünya miqyasında aktual elmi çağırışlardan olduğunu deyib.
Məruzəçi Bəyimxanım Hüseynova dünyanın müxtəlif regionlarında müşahidə olunan urbanizasiya proseslərinin əsas xüsusiyyətlərini diqqətə çatdırıb, şəhərlərin yaranması, inkişaf mərhələləri və ərazi təşkili prinsipləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən əsrdə qlobal miqyasda sürətli şəhərləşmə prosesi geniş vüsət alıb, bu tendensiya xüsusilə inkişaf etməkdə olan ölkələrdə iri şəhər aqlomerasiyalarının formalaşması ilə müşayiət olunub və hazırda da davam edir. Şəhər sistemlərinin miqyas və funksional xüsusiyyətlərə görə düzgün təsnifatı böyük şəhərlərin qarşılaşdığı sosial-iqtisadi problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyimxanım Hüseynova sürətlə artan urbanizasiya şəraitində dayanıqlı və yaşana bilən şəhər mühitinin formalaşdırılması imkanlarından bəhs edərək, müxtəlif regionlarda urbanizasiya proseslərinin spesifik cəhətlərini müqayisəli şəkildə təhlil edib.
Sonda tələbə və müəllimlərlə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az




.jpg)





