Azərbaycanda məşhur bazar sökülür — VİDEO

Azərbaycanda məşhur bazar sökülür — VİDEO Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən bazar və ətrafdakı obyektlərin sökülməsinə başlanılıb. Buna səbəb Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması və genişləndirilməsidir. Magistralın Muğanlı-İsmayıllı-Qəbələ hissəsində aparılan işlər çərçivəsində Vəndam bazarının ərazisi tikinti sahəsinə düşdüyü üçün mağazalar boşaldılıb.

Layihə çərçivəsində təkcə kommersiya obyektləri deyil, həmçinin magistral yolun kənarında yerləşən fərdi yaşayış evləri və hasarlar da plana düşüb. Artıq ərazidə söküntü işləri aparılır və yolun keçəcəyi hissədəki ağaclar kəsilir. Tikinti işləri çərçivəsində köhnə körpülərin yenilənməsi və yol infrastrukturunun tamamilə modernləşdirilməsi nəzərdə tutulur.

Yenidənqurma işləri nəticəsində mövcud yolun məsafəsi 8,8 kilometr qısalacaq. Yeni layihə üzrə yolboyu 17 körpünün inşası planlaşdırılır ki, bunlardan biri də Ağsuçay üzərində ucaldılan asma körpüdür. Hazırda asma körpüdə işlərin 40 faizi tamamlanıb. Bundan başqa, yolun davamında 885 metr uzunluğunda tunelin tikintisi də sürətlə davam etdirilir.



Tehsil-press.az

Oxşar xəbərlər