PKK Türkiyədə yenə terror törətdi

PKK Türkiyədə yenə terror törətdi Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.

Tehsil-press.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan ikisi polis, digər ikisi isə mülki vətəndaşdır. Hər iki polis əməkdaşı qadındır. Terror aktı nəticəsində həmçinin 34 nəfər yaralanıb. Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücumdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma da baş verib. Nəticədə 2 polis həlak olub, 20-dən çox adam yaralanıb.


Tehsil-press.az

Oxşar xəbərlər