Türkiyədə hərbçilərə növbəti hücum: yenə xəsarət alanlar var

Türkiyədə hərbçilərə növbəti hücum: yenə xəsarət alanlar var Diyarbəkir əyalətinin Diclə rayonunda partlayış baş verib.

Tehsil-press.az-ın verdiyi xəbərə görə, insident jandarm binası yaxınlığında qeydə alınıb. Partlayışın PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir.
Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 3-dən 10-dək hərbçi yaralanıb.
Qeyd edək ki, mayın 1-də Türkiyənin Gaziantep şəhərində polis idarəsinin qarşısında bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 18-i polis əməkdaşı olmaqla, 22 nəfər yaralanıb.

tehsil-press.az

Oxşar xəbərlər