Türkiyədə partlayış:3 ölü, 45 yaralı

Türkiyədə partlayış:3 ölü, 45 yaralı Diyarbəkirin mərkəzi rayonunda minalanmış avtomobilin yaxınlıqdan polis avtobusu keçərkən partlaması nəticəsində 3 nəfər ölüb, 45 nəfər (12-si polis əməkdaşı) yaralanıb.

Tehsil-press.az-ın "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bir neçə polis və yerli sakinin vəziyyəti ağır qiymətləndirilir. Saxlanılmış avtobusun PKK üzvlərini apardığı bildirilir. PKK terrorçularının Türkiyənin Diyarbəkir vilayətinin mərkəzi Bağlar rayonunun Diclə bulvarında polis avtobusuna partlayıcı yüklənmiş avtomobillə hücumu nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror aktı nəticəsində 1 polis əməkdaşı həlak olub, ölənlərdən ikisi isə mülki vətəndaşdır. Bundan başqa, yaralananlardan 9 nəfəri polis əməkdaşıdır. Digərləri isə polislərin nəzarəti altında sağlıq durumlarının yoxlanılması məqsədilə xəstəxanaya aparılan və antiterror əməliyyatları zamanı saxlanılmış şübhəlilər, o cümlədən mülki vətəndaşlardır.


Tehsil-press.az

Oxşar xəbərlər