Azərbaycanda hava şəraiti ilə bağlı - Xəbərdarlıq

Azərbaycanda hava şəraiti ilə bağlı - Xəbərdarlıq Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-25, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.
Xəbərdarlıq
Qeyri-sabit hava şəraitinin iyunun 13-dək davam edəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Oxşar xəbərlər