BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçiriləcək

BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçiriləcək Dekabrın 24-də Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Tələbə Həmkarların I Həmrəylik Forumu keçiriləcək. İlk dəfə keçiriləcək bu forum 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və tarixi Zəfərimizin beş illiyinə həsr olunur.

THİK-lərin əlaqələrinin daha da genişləndirilməsi məqsədilə keçiriləcək tədbirdə postmüharibə və böyük qayıdış prosesində tələbə həmkarların birgə təşəbbüslərinin vahid platformada müzakirəsi təşkil ediləcək.

Qeyd edək ki, forum çərçivəsində keçiriləcək “Böyük qayıdışda gənclərin rolu: THİK-lərin təşkilatlanması və həmrəylik modeli” panel sessiyasında müxtəlif ali təhsil müəssisələrinin THİK üzvlərinin iştirakı ilə ortaq təkliflər paketi hazırlanacaq və icrası təmin ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər