Bu şəxslərin vərəsələrinə MÜAVİNƏT ÖDƏNİLƏCƏK

Bu şəxslərin vərəsələrinə MÜAVİNƏT ÖDƏNİLƏCƏK Dövlət qulluqçusu vəfat etdiyi halda vərəsələrinə müavinət ödəniləcək.

Bu məsələ Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

Tehsil-press.az

Oxşar xəbərlər